SDP-nin insan hüquqları siyasətinin spikeri, Avropa Şurası Parlament Assambleyasında Almaniyanı təmsil edən deputatı Frank Şvabe Azәrbaycandakı silsilә hәbslәr barәsindә Sosial-Demokratlar Partiyasının mövqeyini bildirib; “ötən bazar günü Azərbaycan hakimiyyəti Turan müstəqil informasiya agentliyinin sədri Mehman Əliyevi hәbs edib. Onun tənqidi jurnalistikasının qarşısını almaq üçün təzyiq kimi, o ,vergi ödəməmәkdә, vəzifədən sui-istifadə etməkdə və qanunsuz bizneslə mәşğul olmaqda ittiham olunur. Əliyevә qarşı yeddi ilədək həbs cəzası gözlәnilir. Sosial-Demokratlar Partiyasının məclisi Mehman Әliyevin dərhal azad edilməsini tələb edir.
“Mehman Əliyev direktoru olduğu Turan informasiya agentliyi Azәrbaycanda azad mәtbuatın sonuncu qalası idi. Hakimiyyət Azərbaycanda azad mətbuatın sonuncu qalasına hücum edib. İyul ayında hakimiyyәt maliyyә ittihamı ilә 3 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum etdiyi müxalifətçi, “Azadlıq” qəzetinin maliyyə direktoru Faiq Əmirlini hәbs etmişdi. İyun ayından etibarən onlayn televiziya kanalının direktoru Әziz Orucov vergidən yayınma iddiası ilə bağlı məhkəmə işi gedir. Mehman Əliyev əleyhinə aparılan iş Azərbaycanda azad mətbuatın nümayəndələrinə qarşı bir sıra hədə-qorxu cəhdlərinin son nümunəsidir. Rejimin bütün ittihamları aydın şәkildә izlәnilir. SPD parlament partiyası Mehman Əliyevin dərhal sərbəst buraxılmasını və Azərbaycanda mətbuat azadlığına tam hörmət edilmәsini tələb edir . Hökumət Avropa İnsan Hüquqları Konvensiyası çərçivəsində öhdəliklərini yerinə yetirməlidir.”
azadliq.info
Oxunub: 138