Rusiyanın Xəzər Dəniz Donanmasının gəmiləri Xəzər dənizində keçirəcəyi yürüş zamanı Qazaxıstan və Azərbaycan limanlarına daxil olacaq.
Bu barədə RİA Novosti-məlumat verir.
Məlumatda qeyd olunur ki, “Veliki Ustyuq” kiçik raket gəmisi və digər gəmilər artıq açıq dənizə çıxıb.
Rusiya tərəfi bu yürüşü Xəzər ölkələri arasında beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi məqsədi daşıyan addım təqdim edir.
Gəmilər iki ölkənin, o cümlədən Azərbaycanın dəniz limanına daxil olacaq.
Oxunub: 702