Samuxda avtomobil su kanalına düşüb.
Hadisə Samux-Əhmədbəyli yolunda baş verib.
Qız qaçıran şəxslər “VAZ-2107” markalı avtomobil ilə körpünün üzərindən keçən zaman nəqliyyat vasitəsi idarəetmədən çıxıb və maşın su kanalına düşüb. Nəticədə qaçırılan qız və daha 3 nəfər ağır xəsarət alıb.
Xəsarət alan gənc qızın vəziyyəti ağırdır. Rayon Polis Şöbəsindən APA-nın yerli bürosuna bildirilib ki, Göygöl rayonu Alabaşlı kənd sakini, 1997-ci il təvəllüdlü Türkan İsgəndərova Samux rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsində müalicə alır.
Azadliq.info
Oxunub: 946