Gürcüstanın keçmiş preidenti, Odessanın qubernatoru olmuş Mixail Saakaşvilinin Ukraynada yaşayan qardaşı David Saakaşvili artıq sərbəst buraxılıb. Onu Miqrasiya Xidmətinin müvafiq bölməsinə aparıb, bir neçə saat saxlayandan sonra buraxıblar.
***
Ukraynanın hüquq-mühafizə orqanlarının əməkdaşları Gürcüstanın sabiq prezidenti və Odessa vilayətinin keçmiş rəhbəri Mixeil Saakaşvilinin qardaşı Davidi saxlayıblar.
Bu barədə Mixail Saakaşvili “Facebook” sosial şəbəkəsindəki səhifəsində yazıb.
“Bu gün səhər saatlarında Daxili İşlər Nazirliyinin nümayəndələri qardaşım David Saakaşvilini Kiyevdə evindən çıxarkən saxlayıblar. Onu naməlum istiqamətdə aparıblar. O, hüquqşünasdır. Onun Ukraynada yaşamaq üçün icazəsi var. Görünür, onlar mənə təsir etmək istəyirlər. Bu təsir nəticəsində məni Ukraynaya qayıtmaq fikrimdən daşındırmaq istəyirlər. Siz məni çox pis tanıyırsız! Bu addımınız mənim Ukraynanı və ukraynalıları özbaşınalıqdan müdafiə etməklə bağlı qətiyyətimi daha da möhkəmləndirir”, – deyə o qeyd edib.
DİN isə bəyan edib ki, David Saakaşvili Ukraynada qanunsuz olaraq yaşayıb və onun ölkədən deportasiya olunmasına hazırlıq gedir.
Oxunub: 506