ABŞ Myanma hadisələrinə görə dərin narahatlığını ifadə edərək, hökumətin Rohinca müsəlmanlarına qarşı zorakılıqların öhdəsindən necə gəldiyini yaxından izlədiyini bildirib. Münaqişə on minlərlə müsəlmanı evindən didərgin salıb.
Dövlət Departamentinin Şərqi Asiya və Sakit okeanı hövzəsi proqramının sözçüsü Amerikanın Səsinə bildirib ki, məsələ özəl və yüksək səviyyədə müzakirə edilir. Sözçü Birma kimi də tanınan Myanmanın qonşuları ilə də təmasda olduqlarını deyib.Dövlət Departamenti Myanma hökumətinin zərəçəkənlərə humanitar yardımların çatdırılmasına imkan yaratdığına görə alqışlayıb.
Myanmanın Rohinca müsəlmanlarından ibarət yaraqlılar təhlükəsizlik qüvvələriylə toqquşub, 100-dən çox adam ölüb, azı 18 min nəfər qonşu Banqladeşə qaçıb. Hücuma görə məsuliyyəti Arakan Rohinca Xilas Ordusu (ingiliscə qısa adı – ARSA) üzərinə götürüb.
Oxunub: 124