Azərbaycan rejimi Avropada müsbət imicə malik olmaq istəyir, çünki taleyüklü layihəsini həyata keçirmək üçün dəstəyə ehtiyacı var
Britaniyanın “The Guardian” qəzeti Azərbaycanla bağlı korrupsiya qalmaqalında daha bir məsələyə diqqəti cəlb edib. Yazını təqdim edirik:
The Guardian-ın Azərbaycanın Pulyuma əməliyyatı ilə bağlı 5 sentyabr tarixli araşdırması Avropada lobbiçilik fəaliyyətinin bir hissəsi olan minlərlə gizli pulköçürmə faktını aşkara çıxardı. Lakin bu məqalə məsələnin ən önəmli tərəfinə toxunmadı. İnsan hüquqlarının ardıcıl şəkldə boğulmasına, sistemli korrupsiya və seçki saxtakarlıqlarına baxmayaraq taleyüklü Cənub Qaz Dəhlizi layihəsinin reallaşmasında Avropanın ciddi dəstəyinə ehtiyacı olduğu üçün Azərbaycan Avropada özünün müsbət imicini yaratmağa xüsusi önəm verir. Bu Dəhliz, mədən sənayesi tərəfindən həyata keçrilən və ümumi dəyəri 45 milyard dollara çatan layihə olaraq Azərbaycandan Avropaya qaz nəql edəcəkdir. Mədən sənayesi korporasiyalarından tutmuş Avropa hökumətlərinə qədər geniş bir çevrəni əhatə edən qüdrətli dairələr bir o qədər də zəruri olmayan bu layihəni icmaların maraqlarına zidd bir şəkildə, insan hüquqları və sağlam ətraf mühit məsələlərinə təhlükə yaratmaqla reallaşdırmağa çalışırlar.
Cənub Qaz Dəhlizi və onun Əliyev rejimi üçün əhəmiyyəti tapmacanın çatışmayan hissəsidir və Azərbaycan hakimiyyətinin Avropa səviyyəsində lobbiçilik fəaliyyətinə və çirkli pulların yuyulmasına niyə bu qədər ciddi bir şəkildə aludə olduğunu qismən izah edir. Yəqin ki, Böyük Britaniyanı çalxalayan bu sonuncu dələduzluq skandalının ən narahatedici tərəfi odur ki, bu hallar hökumətin vergi və idarəetmə qanunlarında olan boşluqlardan istifadə edənlərə qarşı tədbirlər görüləcəyilə bağlı dəfələrlə vədlər verməsinə baxmayaraq baş verir.
2013-cü ildə baş nazir Devid Kameron Birləşmiş Krallıqda və ona bağlı ərazilərdə şəffaflıq tələblərini sərtləşdirməklə vergidən yayınma hallarına son qoyacağına söz vermişdi. Üstündən dörd ildən çox vaxt keçməsinə baxmayaraq hökumət hələ də qanun pozucularına pullarını gizlətmək və vergi ödəməkdən yayınmaq imkanını verən boşluqları tam şəkildə doldura bilməyib.
Birləşmiş Krallığa bağlı Britaniyanın Vircin Adaları kimi vergi cənnətləri şirkət sahiblərinin reyestrini ictimailəşdirməkdən imtina etməklə hələ də korrupsiya pullarına və vergidən gizlədilmiş gəlirlərə sığınacaq olmaqdadır. Əsasən vergi cənnətləri vasitəsilə həyata keçirilən vergidənayınma inkişaf etməkdə olan ölkələrə hər il milyard dollarlara ziyan vurur. Halbuki, onlar bu pulu məktəblərə və səhiyyəyə xərcləyə bilərdi. Siyasətçilər bu məsələlərlə bağlı qətiyyətli addımlar atanadək onların bədəlini dünyanın ən kasıb insanları ödəyəcək.
azadliq.info
Oxunub: 434