Sentyabrın 7-də Bakı Apelyasiya Məhkəməsində “Turan” İnformasiya Agentliyinin direktoru haqda Yasamal Rayon Məhkəməsinin qərarından verilən şikayətə baxılmadan təxirə salınıb.
Saat 14.30-da başlanmalı olan iclasın 3 saatdan sonra təxirə salındığı bildirilib.
Bu barədə jurnalistlərə açıqlama verən vəkil Fuad Ağayev deyib ki, hakimlər konvoy problemi səbəbindən Mehman Əliyevin gətirilmədiyini söyləyiblər:
“35 illik vəkillik fəaliyyətimdə ilk dəfədir belə bir hadisə ilə rastlaşıram. Proses sentyabrın 11-nə saat 14.30-15.00-a təxirə salındı”.
Bu gün Mehman Əliyevin tutulma və girov müqabilində azad olunması ilə bağlı Yasamal Rayon Məhkəməsinin qərarından apelyasiya şikayətinə baxılmalı idi.
Oxunub: 206