xeste-zeherlenmeTovuzda toyda 39 nəfər zəhərlənib. Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, sentyabrın 7-də Tovuz şəhərində yerləşən “Turan” şadlıq sarayında keçirilən toy şənliyi zamanı 39 nəfər zəhərlənərək xəstəxanaya müraciət edib. Onlardan 6-sı uşaq, qalanı isə böyük olub. Zəhərlənənlərin hamısına tibbi yardım göstərilib. Onlardan 26 nəfəri artıq evə buraxılıb, 13 nəfərin isə müalicəsi xəstəxanada davam etdirilir.
Zəhərlənmənin salatdan baş verdiyi ehtimal olunur.
Oxunub: 96