Səudiyyə Ərəbistanı Qətər əmiri ilə telefon danışıqlarından az keçmiş bu ölkə ilə dialoqa son qoyduğunu bəyan edib.
Qətər əmiri ilə Səudiyyə vəliəhdi böhranın həlli yollarını cümə günü müzakirə ediblər. Şeyx Tamim bin Həməd əl-Tani və Məhəmməd bin Salman arasında danışıqlar ABŞ prezidenti Donald Trump-ın hər iki tərəflə ayrı-ayrılıqda telefon söhbətindən sonra yer alıb.
Bu böhranın başlanmasından bəri tərəflər arasında ilk təmas olub.
Lakin telefon danışıqlarının ardınca Ər-Riyad Dohanı söhbətlə bağlı faktları təhrif etməkdə təqsirləndirib.
Səudiyyə Ərəbistanı, BƏƏ, Bəhreyn və Misir Qətəri terrorçuluğa dəstəkdə ittiham edirlər. Doha bu ittihamları dəfələrlə rədd edib.
Oxunub: 190