“Kanal 13” internet televiziyasının direktoru Əziz Orucovun məhkəməsinin vaxtı məlum olub. Onun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində Mirzə Xankişiyevin sədrlik etdiyi hakimlər kollegiyası baxacaq. İş üzrə məhkəmənin hazırlıq iclası sentyabrın 27-nə təyin olunub. Bu haqda “Azadliq.info”ya Əziz Orucovun vəkili Cavad Cavadov məlumat verib.
Xatırladaq ki, Əziz Orucov bu ilin mayında həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq, külli miqdarda gəlir əldə etməklə törədildikdə) və 308-ci (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.
Əziz Orucov ittihamı rədd edir, təqsirsiz olduğunu bildirir.
Əziz Orucovun qardaşı, Almaniyada yaşayan mühacir Anar Orucov bildirib ki, qardaşını onun tənqidçi fəaliyyətinə, etiraz aksiyalarında iştirakına görə həbs ediblər.
Azadliq.info
Oxunub: 126