Azərbaycanın sabiq baş prokuroru Əli Ömərov iki ildir üzvü olduğu Yeni Azərbaycan Partiyasından (YAP) istefa verib.
Bu barədə YAP Siyasi Şurasının və İdarə Heyətinin üzvü Kərim Kərimov məlumat verib.
K.Kərimov deyib ki, ötən gün Əli Ömərov üzvü olduğu YAP Nəsimi rayon təşkilatına istefa ərizəsi ilə müraciət edib: “Əli Ömərov öz istəyi ilə YAP-dan istefa verib. O, 2014-cü ilin noyabr ayında YAP-a müraciət edərək, partiyaya üzv olmuşdu. İndi də öz istəyi ilə çıxıb. Bu, onun öz istəyidir və heç kəs bƏli Ömərov YAP-dan istefa verdiuna müdaxilə edə bilməz”.
Əli Ömərov özü də YAP-dan istefa verdiyini təsdiqləyib.
Oxunub: 820