Dostlar, bildiyiniz kimi sentyabrın 23-də Milli Şura mitinq keçirəcək. Onu da bilirsiz ki, mitinqin şüarları birbaşa vətəndaşın marağını ifadə edir. Deməli, bu mitinqdə hansısa partiyanın, liderin, komandanın mənfəəti yoxdur. Mitinqin uğurlu keçməsi xalqın uğuru olacaq, uğursuz keçməsi isə xalqı zəlil günə salanların uğuru olacaq.
Şəxsən mən mitinqdə 1000 nəfərin, 100 nəfərin, 10 nəfərin olacağını bilsəm də mütləq iştirak edəcəm. Dəvət olunduğum toya gedib, adımı yazdırdığım kimi, dəvət olunduğum mitinqə də təşrif buyuracam. Bəli, mitinqə xalq dəvət olunub və “ədalətsizliyə son”, “talançılığa son”, “oğurluğa son” tələbiylə keçirilən mitinqdə iştirak etməməyə utanaram. Çünki, bu tələblərə arxa çevirmək, bu çirkaba haqq qazandırmaq deməkdir.
Əgər siz də korrupsiyaya, ədalətsizliyə, təhsilsizliyə, hüquqsuzluğa, saxtakarlığa qarşısızsa, mitinqə gəlin
Əgər övladlarınızın təminatlı həyatı sizin üçün vacibdirsə, əgər yüksək qiymətlər və aşağı əməkhaqqı sizi qane etmirsə, əgər dövlətin sərvətlərinin bir qrup adama məxsus olduğuna qarşısızsa, əgər qanunların şah olmasını istəyirsizsə, əgər vətəndaşa hörmət edilməsini arzulayırsızsa, mitinqə gəlin.
Amma bütün bunların əksini istəyirsizsə, mitinqə gəlməyin. AzTv-nin qarşısında oturub, inkişafdan məst olun.
İndi seçim sizindir və olduqca asan seçimdir.
İlham Hüseyn
Oxunub: 2018