Cənubi Qafqazda Azərbaycan və Gürcüstanın ərazi bütövlüyünün bərpası bölgədə sülhün bərqərar olması üçün əsas şərtdir.
Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən 72-ci sessiyasında çıxışı zamanı vurğulayıb.
Türkiyə prezidenti, eyni zamanda, Dağlıq Qarabağ, Abxaziya və Cənubi Osetiya münaqişələrinin həlli üçün beynəlxalq ictimaiyyətinin çox ciddi səy göstərməli olduğunu vurğulayıb:
“Bu gün məhəl qoymadığımız hər bir münaqişənin, sabah regional, hətta qlobal münaqişəyə çevrilə bilmə ehtimalını unutmamalıyıq”.
Oxunub: 548