Rusiya prezidenti Vladimir Putin il yarım əvvəl təklif etdiyi, ancaq böyük şirkətlərin “isti” baxmadığı “limanlarda dollar əvəzinə rubl istifadə edilməsi” təklifini təkrarlayıb və hökumətdən müvafiq qanunvericiliyi hazırlamasını istəyib.
Kremlin yaydığı deyilir ki, qərar gələn ildən etibarən tətbiq olunacaq.
Nəzərdə tutulan yeni qaydaya görə, xarici valyuta öhdəliyi olan yükləmə-boşaltma şirkətlərini qorumaq naminə rubla keçməzdən əvvəl bir keçid prosesi də tətbiq edilməlidir.
Rusiya limanlarındakı bir çox xidmət ABŞ dolları ilə aparılır. Rusiya hökuməti hesab edir ki, bu qərar əcnəbiləri rubl almağa məcbur edəcək, bunla da ölkə valyutasının vəziyyəti yaxşılaşacaq.
Vladimir Putin liman tariflərində rubla keçidi ilk dəfə 1.5 il bundan əvvəl təklif etmiş, ancaq bu ideya rublda baş verən dalğalanmalar səbəbindən gəlirlərini dollar və digər xarici valyutalarda saxlamaq istəyən böyük nəqliyyat şirkətləri tərəfindən qəbul edilməmişdi. Dünyada ticarətin və valyuta əməliyyatlarının 80-90 faizinin dollarla aparılması baxımından bu addımın Rusiyaya uğur gətirəcəyinə inanmaq çox çətindir.
azadliq.info
Oxunub: 1128