“MTN işin”də müxtəlif ağır cinayətlərdə adı çəkilən vəzifəli şəxslərin belə görünür ki, bəziləri “qüdrətli əllər” və “nəhəng hörmətlər” müqabilində özlərini xilas olmuş, təhlükəsizlik zolağına girmiş sayır.
Məsələn, onlardan biri kimi işdən azad olunanan qədər MTN-nin Binəqədi rayon idarəsinin rəisi vəzifəsində çalışan Rafiq Səfərovun adın çəkmək olar.
Bu ilin mayında 10 maddə üzrə R.Səfərova qarşı cinayət işi başladığı elan edilsə də, əldə etdiyimiz məlumata görə o qohumu Nərimanov rayon icra başçısı Abdin Fərzəliyev vasitəsi ilə Prezidentinin Təhlükəsizlik Xidmətinin rəisi Bəylər Əyyubova çıxış tapıb “əfv”inə nail olub.
R.Səfərov “MTN işində” ən çox adı mənfi planda hallanan yeganə rayon şöbə rəisi olmasına baxmayaraq özünü necə xilas etdi- bu az adamın cavab tapa bilməyəcəyi sualdır. Səfərov fəaliyyəti dövründə Avropalı biznesmenlərin həsəd aparacağı həddə sərvətə sahib olmuşdu. Qəpiyinə qədər haram, dolaşıq yollarla, qarət edilməklə yığılan bu sərvət nəhayətdə cəmi bir işi yaradı: Səfərovun qara zindanlarda çürüməyə imkan vermədi.
Əlbəttə, heç kim kapitalla yanaşı siyasi dəstəyin də önəmini inkar edə bilməz. Yazdığımız kimi bu şəxs icra başçısı Fərzəliyevin qaynıdır, həyat yoldaşı da bu gün də YAP-ın mərkəzi aparatında işləyir.
Səfərovun “əjdahanın ağzından” qovrularaq olsa da azad olması, onun fəaliyyətində maraqlı təzahürlər yaradıb. Belə ki, keçmiş mtn-çi balaca oğlunun çoxdan açılan profilə öz fotolarını yerləşdirərək, çevrəsinə “yıxılmadım ayaqdayam” pozunda mesajlar ötürür. Fotoların nə zaman çəkildiyi bizə bəlli deyil, amma onların yayımı “cinayət işi” barədə səs küyün yatırılmasında sonraya təsadüf edir. Özü də Səfərov fotoların xüsusi diqqətlə seçir. Bu fotolar xarici ölkələrdə çəkilmiş fotolardı və o bunu “qaqa, Nabrandayam üzürəm” ədası ilə dostlarına bəyan edir.
Öz iş yeri haqda informasiya bölməsində “vəkil” olduğun qeyd eləsə də, Səfərov bunu da ətrafına “hava atmaq” üçün edib. O, heç bir hüquq məsləhətxanasında vəkil kimi qeydiyyatda deyil. Bəs, keçmiş MTN zabitinin sosial şəbəkədə öz sifəti ilə peyda olmasını və aktivliyini daha nə ilə əlaqələndirmək olar? Axı bir qayda olaraq, onlar “görünməz” olmağı seçirlər.
Bizə R.Səfərovun ətrafından çatan məlumata görə, o heç də bu hərəkətləri xoş günüdən eləmir. Əlbəttə, onun türmədən canın qurtarması özü üçün böyük hadisədir. Lakin, Səfərovun başı hələ də qalmaqaldadı. Düzdü, bu qalmaqalda tərəfmüqabili qorxulu dövlət aparatı deyil. Zamanında ziyan vurduğu, pislik elədiyi və müxtəlif əməliyyatlara görə borclu qaldığı şəxslərdir. R.Səfərov borclarının müəyyən bir hissəsin hadisələrin isti vaxtında qaytarsa da, onları tamamlaya bilməyib. Borc sahibləri, onun qurbanı olduğu şəxslər isə tələblərində israrlıdır. Belə odluqda Səfərovun tipik dələduz variantlarından bəhrələndiyi bildirilir. O, heç də “vurulmuş şəxs” olmadığını göstərmək, hakim dairələr üçün lazımsız ləvazimata döndüyünü inkar etmək üçün belə addımları vacib sayıb.
Səfərov bu foto sessiyalar, facebook fəaliyyəti ilə yanaşı əxz etdiyi şaiyə yama taktikasından da bəhrələnib, onu tanıyanlar arasına belə bir dezinformasiya da buraxıb ki, tezliklə “ağsaqqal” (Bəylər Əyyubov) ona Xüsusi Dövlət Mühafizə Xidmətinə məsul posta irəli çəkəcək.
Bunun nə qədər doğru olduğun demək çətindir, ancaq hələ ki Səfərovu qurduğu bu planla şikayətçilərinin bir çoxun qorxuda, bəzilərini isə məcburən təmkinli olub gözləmə mövqeyi tutmağa vadar edə bilib.
Oxunub: 1790