Azərbaycan Xarici İşlər Nazirliyinin binası qarşısına toplaşan bir qrup tələbə etirazını bildirib. 70-ə yaxın tələbə İtaliyada təhsil almaq üçün tələb olunan sənədləri bu ölkənin Azərbaycandakı səfirliyinin Konsulluq xidmətinə təqdim etsələr də, hələ də viza ala bilmədiklərindən şikayətçi olduqlarını vurğulayıblar. Tələbələr səfirliyə müraciət edənlərə viza verilməsindən imtina olunduğunu söyləyiblər.
Oxunub: 768