Keçmiş nəqliyyat naziri Ziya Məmmədovun bacısı, “Tərəqqi” liseyinin direktoru Məhbubə Məmmədovanın vəzifəsindən çıxarılmasıyla bağlı yeni detallar üzə çıxıb.
Lider.Tv-nin hazırladığı süjetdə bildirilir ki, “Tərəqqi” liseyinin direktoru Məhbubə Məmmədovanın mağazalarda 40 manata satılan məktəbli formalarını liseyin şagirdlərinə 120 manata satdırıb və bu da ciddi narazılığa səbəb olub.
120 manata məktəbli forması alan valideynlər bildirib ki, direktor şagirdlərin başqa yerdən məktəbli forması almasını qadağan edib. Həmin liseydə təhsil alan uşaqların valideynləri də 40 manatlıq məktəbli formasını direktorun göstərişi ilə elə məktəbin özündən 120 manata əldə etdiklərini Lider TV əməkdaşına deyiblər.
Qeyd edək ki, dünən keçmiş nəqliyyat naziri Ziya Məmmədovun bacısı Məhbubə Məmmədova Təhsil Nazirliyinin işçiləri tərəfindən liseydə aparılan yoxlamalardan sonra işdən azad edilib. Onu müvəqqəti olaraq liseyin müəlliməsi Almaz Əsgərova əvəz edir.
Oxunub: 522