Oktyabrın 15-i Qırğızıstanda prezident seçkisi keçiriləcək. Dövlət başçısı postu uğrunda 13 namizəd mübarizə aparır. Onların 3-ü əvvəllər baş nazir postu tutub: Temir Sariyev, Omurbek Babanov, Sooronbay Jeenbekov.
Baş nazirin sabiq müavini Adaxan Madumarov, sabiq baş prokuror Azimbek Beknazarov, sabiq fövqəladə hallar naziri Bakıt Torobayev, keçmiş deputatlar Ulukbek Koçkorov, Kamçıbek Taşiyev də dövlət başçısı olmağa iddialıdır.
Digər namizədlər bunlardır: Bişkek merinin sabiq müavini Ernis Zarlıkov, hüquq müdafiəçisi Toktayım Umetaliyeva, BMT-nin Əfqanıstandakı xüsusi missiyasının siyasi direktoru Taalatbek Masadıkov, iş adamı Arstanbek Abdıldayev, Qırğızıstan Dostluq və Əməkdaşlıq Cəmiyyətləri İttifaqının prezidenti Arstanbek Maliyev.
Qırğızıstanda ali icraedici orqan hökumətdir. Hökuməti 120 yerlik parlamentdə deputatların yarıdan çoxunu təşkil edən fraksiya və ya koalisiya qurur. Dövlət başçısı olan prezident isə ümumxalq seçkisində 6 il müddətinə seçilir. Heç kim bir dəfədən artıq prezident seçilə bilməz. İndiki prezident Almazbek Atambayev 2011-ci ildən bu postdadır.
Novator.az
Oxunub: 238