İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə üzümçülüyün inkişafı ilə bağlı 260-dan çox sahibkara 33,6 milyon manat güzəştli kredit verilib.
“Marja” xəbər verir ki, Fond heyvandarlığın inkişafı məqsədilə isə 23700-dən çox sahibkarın investisiya layihəsinin maliyyələşdirilməsinə 628 milyon manat güzəştli kredit ayrılıb.
Maliyyələşdirilmiş heyvandarlıq komplekslərindən 20-i istifadəyə verilib, 4-də isə tikinti-quraşdırma işləri aparılır.
Qeyd edək ki, son bir ildə ət və yağın qiyməti xeyli artıb.
Oxunub: 412