Bəyanatla prokurorluq orqanlarından istefa verdikdən sonra şərlənərək həbs olunan keçmiş mistəntiq Rüfət Səfərov və jurnalist Cavid Şirəliyev saxlandıqları 9 saylı cəzaçəkmə müəssisəsində açlıq aksiyasına başlayıb. Bu barədə sosial şəbəkədə Rüfət Səfərovun anası Tahirə Səfərova məlumat verib.
“9 saylı cəzaçəkmə müəssisəsində baş verən qanunsuzluqlara, dustaqlara göstərilən qeyri-insani münasibətə, işgəncələrə, əsassız təyin edilən “kars”lara, məhkumların imtiyazlı və imtiyazsız siniflərə bölünməsinə, cəzaçəkmə müəssisəsinin korrupsiyalaşmış qapalı tipli səhmdar cəmiyyətinə çevrilməsinə, ümumiyyətlə, hazırki ədliyyə sisteminin ötən əsrin ” QULaq”ını təkrarlanmasına etiraz rəmzi olaraq siyasi dustaqlar – jurnalist və hüquq müdafiəçisi Cavid Şirəliyev və hüquqşünas Rüfət Səfərov qeyri-müəyyən müddətə aclığa başlayıblar”,- deyə o, oğlunun feysbuk səhifəsində yazıb.
azadliq.info
Oxunub: 294