Müsəlman Birliyi Hərəkatının daha bir üzvü Əbdülxaliq Cəfərli də saxlanılıb. Bu haqda “Azadliq.info”ya onun yaxınları məlumat verib.
Seyid Əbdülxaliq Cəfərli oktyabrın 11-də dostlarına zəng edib deyib ki, onu Sumqayıt şəhər Polis İdarəsinə çağırıblar, ora gedir. O vaxtdan ötən bir sutka ərzində dindar fəaldan heç bir məlumat yoxdur. Polis bölməsindən də onunla bağlı xəbər almaq mümkün olmayıb.
Qeyd edək son həftə ərzində Müsəlman Birliyi Hərəkatının dörd üzvü – Əhsən Nuruzadə, Samir Babayev, Rəvan İsmayılov və Əbdülxaliq Cəfərli həbs olunub. “Seyid” kimi tanınan Cəfərli Nardaran hadisələri, o cümlədən Taleh Bağırzadənin məhkəmələrinin fəal iştirakçılarından biri idi.
Rəvan İsmayılov və Samir Babayev məhkəmədə deyiblər ki, Sabunçu Rayon Polis İdarəsində onlara dəhşətli işgəncələr verilib, bədənlərinə cərəyan qoşulub.
Azadlıq.info
Oxunub: 322