Açıq Hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planında hasilat sənayesində şəffaflığın təmin edilməsi ilə bağlı tədbirlərin icrasına məsul olan qurum dəyişib. Azərbaycan prezidenti İlham Əliyev bununla bağlı bu gün “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nda dəyişiklik edilməsi haqqında sərəncam imzalayıb.
Dəyişikliyə əsasən isə 2017-2018-ci illərdə beynəlxalq prinsiplərə uyğun olaraq, hasilat sənayesində şəffaflığın təmin edilməsi məqsədilə tədbirlər görülməsi, qeyri-hökumət təşkilatları, özəl sektorun nümayəndələri və müstəqil ekspertlərlə əməkdaşlığın davam etdirilməsi ilə bağlı tədbirlərin icrasına məsul qurum Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiya olacaq.
Komissiyanın sədri Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsumovdur.
Oxunub: 524