Milli Şuranın 7 oktyabr mitinqindən qabaq saxlanaraq, saxta ittihamla 10-30 sutka arasında inzibati həbsə məhkum edilən AXCP fəallarının apellyasiya şikayətlərinə baxılıb. Apellyasiya məhkəmələri oktyabrın 13-də olub. Bu barədə vəkil Əsabəli Mustafayev məlumat yayıb.
Bakı Apellyasiya Məhkəməsində Füzuli Hüseynov, Ruslan Nəsirli, Yalçın Abdullayev və Məhərrəm Rzayevin, Sumqayıt Apellyasiya Məhkəməsində isə Cabbar Savalanlının barəsində inzibati həbs qərarlarından verilən şikayətlərə baxılıb. Vəkil bildirir ki, məhkəmə baxışları həmişəki formal qaydada, heç bir vəsatət təmin olunmadan keçirilib və birinci instansiya məhkəmələrinin qərarları heç bir dəyişiklik edilmədən qüvvədə saxlanılıb.
Cabbar Savalanlı istisna olmaqla digər 4 nəfər məhkəmə iclaslarında iştirak edib.
Oxunub: 94