Atçılıq üzrə tanınmış idmançı bu sahədə məşğul olanlara və özünə heç bir maddi dəstək verilməməsindən şikayətlənib. Gənclər və İdman Nazirliyi və Azərbaycan Atıçılıq Federasiyasından heç bir maddi dəstək və maaş almır:
“Federasiya tərəfindən mənə nə maaş, nə də mükafat verilib. Gənclər və İdman Nazirliyi vaxtı ilə köməklik edirdi. Hər iki olimpiada (2008 və 2012) qabağı mənə Azad müəllimin köməkliyi dəydi. Amma o vaxt qarşımızda yalnız olimpiya oyunlarına getmək kimi məqsədimiz vardı. İndi isə yoxdur. Bəlkə Tokio olimpiadasına qatıldım. Hazırda bütün yarışlara şəxsi atımla çıxıram. Bakıda iştirak etdiyim yarışlarda da öz atlarımdan istifadə etmişəm”.
Azadliq.info
Oxunub: 122