Qırğızıtanda bu gün prezident seçkiləri keçirilir.
Bu dəfəki seçkilərin fərqli cəhəti nəticənin əvvəlcədən proqnozlaşdırılmasının çətin olmasıdır.
Qələbəyə şanslı namizədlərdən biri sayılan Sooronbay Jeenbekov, hakimiyyəti, altı illik prezidentlik müddəti başa çatdığından, təhvil verən hazırkı prezident Almazbek Atambayev tərəfindən dəstəklənir.
Jeenbekov və digər daha bir şanslı sayılan namizəd Omurbek Babanov keçmişdə Baş nazir vəzifəsində çalışıblar.
Qırğızıstanda 6 milyona yaxın əhali yaşayır.
Qırğızıstanın müstəqillik dövründə seçilmiş iki prezidenti hakimiyyətdən kütləvi etirazlar nəticəsində getməli olmuşdular.
BBC Mərkəzi Asiya müxbirinə görə, bu dəfəki seçkilər tarixi əhəmiyyətə malik olacaq, çünki ilk dəfə olaraq seçilmiş prezidentə hakimiyyət dinc yolla ötürüləcək.
Oxunub: 504