OPEC-ə üzv olan ölkələr neftin kəskin ucuzlaşması nəticəsində 1 trilyon dollardan çox itki ilə üzləşiblər.
Bu barədə OPEC-in baş katibi Məhəmməd Sanusi Barkindo bildirib.
“2015-2016-cı illər ərzində biz yalnız investisiyaların həcminin azalmasını deyil, eyni zamanda gəlirlərin azalmasını da müşahidə etdik. OPEC ölkələri kollektiv şəkildə bu dövr ərzində 1 trilyon dollardan çox itki ilə üzləşiblər”, – deyə baş katib qeyd edib.
Oxunub: 170