Qırğızıstan prezidenti Almazbek Atambayev ölkəsində keçirilən prezident seçkisini izləmək üçün gələn beynəlxalq missiyalardan birinin rəhbərinin çıxışından narazılığını bildirib.
Onun sözlərinə görə, seçkini müşahidə edən ATƏT-in Parlament Assambleyasının vitse-prezidenti Azay Quliyev yerli agentliklərin birinə müsahibəsində bildirib ki, Qırğızıstanda KİV-də senzura var. Almazbek Atambayev bu bəyanatı əsassız sayır.
Ölkə başçısı qeyd edib ki, həqiqətə uyğun olmayan nəlumat yayan KİV-lə bağlı məhkəməyə müraciət edilir. Prezidentin sözlərinə görə, bütün KİV-ə seçkini işıqlandırmaq üçün bərabər şərait yaradılıb və ölkədə senzura yoxdur. O, missiya rəhbərini müşahidəsinin yekunlarını obyektiv və ədalətli şəkildə işıqlandırmağa çağırıb.
Öz növbəsində Azay Quliyev seçki prosesində xeyli müsbət məqamları qeyd edib və bildirib ki, jurnalistlər onu düzgün anlamayıb.
Cavab olaraq ölkə başçısı jurnalistlərdən yaydıqları məlumatı düzəltməyi xahiş edib.
azadlıq.info
Oxunub: 1150