“İnsan Haqları üçün Beynəlxalq Tərəfdaşlıq” (İPHR) qurumu Avropa Birliyini oktyabrın 17-də Brüssel görüşündə Azərbaycanda vətəndaş cəmiyyətinin repressiyalara məruz qalması ilə bağlı məsələ qaldırmağa çağırıb.
Qurumun yaydığı sənəddə deyilir ki, həmin tarixdə Brüsseldə Azərnaycan hökuməti ilə insan haqları ilə bağlı illik dialoq keçiriləcək .
Qurum Azərbaycanda sərbəst birləşmə, azad toplaşma və söz azadlığı sahəsində indiki vəziyyətdən narahatlıq bildirir.
Bəyanatda qeyd edilir ki, Azərbaycanda bu cür mənfi ənənələr BMT-də daxil olmaqla beynəlxalq insan haqları təşkilatları tərəfindən tənqidlərə məruz qalıb.
Bəyanatda qeyd edilir ki, Avropa Birliyinin Parlament Assambleyası 2017-ci il oktyabrın 11-də Azərbaycanla bağlı iki qətnamə layihəsi qəbul edib, fundamental azadlıqların pozulması, azad məhkəmə sisteminin olmaması və bu ölkədə Avropa insan haqları məhkəməsinin qərarlarının yerinə yetirilməməsi ilə bağlı iki qətnamə layihəsi qəbul edib.
Sənəddə qeyd edilir ki, Azərbaycanda hələ də qeyri hökumət təşkilatlarının fəaliyyətinə hələ də ciddi məhdudiyyətlər qoyulur.
Bundan başqa polis dinc etirazları boğur,aksiyaçıları saxlayır və məsuliyyətə cəlb edir.
Buna missal kimi ,bu il sentyabrın 23-ü müxalifətin Bakıda korrupsiya əlehyinə keçirdiyi mitinq ərəfəsində 60-dan çox fəalın saxlanması göstərilir.
Məlumatda bildirilir ki, Azərbaycan hakimiyyəti müxalifət və kütləvi informasiya vasitələrini susdurmaq üçün sistematik tədbirlərdən idtifadə edir.
Buna missal kimi bu yaxınlarda “Turan” informasiya agentliyinin ofisində aparılan reyd və agentliyin bank hesabının dondurulması göstərilir.
“İnsan Haqları üçün Beynəlxalq Tərəfdaşlıq” qurumu Avropa Burliyini Azərbaycan hökuməti ilə dialoqda bu ölkədə insan haqlarının vəziyyəti və qeyri hökümət təşkilatlarının fəaliyyəti ilə bağlı beynəlxaqlq qurumların narahatlığını çatdırmağa və vətəndaş çəmiyyəti sahəsində vəziyyətin yaxşılaşdırılması istiqamətində konkret addımlar atılmasını təkid etməyə çağırır.
Oxunub: 306