Noyabrın 29-da Argentinada 1970-80-ci illərdə hərbi diktaturanın tərəfdarı olan və kütləvi qətllərə görə məsuliyyət daşıyanların məhkəmə prosesi başa çatıb. 5 il davam edən açıq məhkəmə prosesi zamanı argentinalı siyasi məhbusların edam edildiyinə, təyyarədən atılmalarına dair sənədli süburlar təqdim edilib.
El Pais nəşri bu məhkəməni ölkə tarixinin ən səs-küylü prosesi adlandırın. Müttəhimlər kürsüsündə 789 nəfərin qətlində təqsirləndirilən 54 nəfər oturub.
Onlardan 29 nəfər ömürlük həbsə cəzası, 6 nəfər bəraət alıb, qalanları isə 8 ildən 25 ilə qədər həbs cəzasına məhkum edilib.
azadlıq.info
Oxunub: 234