Bir müddətdir ki, “ARB” kanalında “Xalqın şairi” adlı yarışma start götürüb. Artıq yarışmanın ikinci turu başa çatmaq üzrədi və xeyli istedadlı qələm adamları üzə çıxıb. İkinci tura keçənlərdən biri də gənc şairə Günay Ümid idi. Etiraf etmək lazımdır ki, Günay Ümidin özünəməxsus, orjinal, məna yükü olan şerləri var və münsiflər heyəti də bunu qiymətləndiriridi.
Ancaq Günay Ümid öz “facebook” səhifəsində yarışamdan çıxdığını bildirib və bunu qadınlara qarşı ədalətsiz münasibətlə əsaslandırıb
“Bu gün “Xalqın şairi” layihəsinin yarıfinal mərhələsində 50 ballıq sistemle 42 bal toplayıb finala adlasam da, bir daha əmin oldum ki, hələ də Azərbaycan mentalitetində “qadından şair olmaz” stereotipi tam olaraq dağılmayıb. Məhz bu səbəbdəndir ki, orda iştirak edən bütün qadınları ələdilər.Bunu öz həmcinslərimə qarşı böyük haqsızlıq kimi qəbul edirəm və etirazımı yarışmadan çəkilməklə bildirirəm”.
Oxunub: 266