Azərbaycan hakimiyyətinin Naxçıvanda avtomobil istehdalı avantürası da xalqa yük olmaqdadır. Anbarda yığılıb qalan “Naz-Lifan”ları dövlət almağa başlayıb.
Marja.az xəbər verir ki, dekabrın 1-də sağlamlıq imkanları məhdud üç Azərbaycan Vətən Müharibəsi iştirakçısına və hərbi xidmət vəzifələrinin icrası zamanı sağlamlıq imkanları məhdudlaşmış bir nəfərə “NAZ-Lifan-320” markalı minik avtomobilləri təqdim olunub. “NAZ-Lifan-320” markalı minik avtomobilləri Naxçıvan Avtomobil Zavodu tərəfindən istehsal olunur. Naxçıvan Avtomobil Zavodu isə fəaliyyətini dayandırıb. Böyük ehtimalla, 4 avtomobil anbarda qalmış avtomobillərdəndir.
01.11.2017-ci il vəziyyətinə zavodun hazır məhsul ehtiyatı 123 ədəd təşkil etmişdi.
Oxunub: 490