Azərbaycanda əkin yerlərinin yandırılmasına görə cəzalar müəyyənləşdirilir.
Bununla bağlı Azərbaycan dövlət başçısı Milli Məclisə qanun layihəsi təqdim edib.
Layihəyə görə, İnzibati Xətalar Məcəlləsinə 244-1 (Əkin yerlərinin yandırılması) maddəsi əlavə edilir.
Maddədə qeyd olunur ki, əkin yerlərinin yandırılmasına görə fiziki şəxslər 400 manatdan 600 manata qədər, vəzifəli şəxslər 1 500 manatdan 2 000 manata qədər, hüquqi şəxslər isə 5 000 manatdan 6 000 manata qədər cərimələnəcəklər.
Oxunub: 1504