Ermənilər İspaniyanın paytaxtı Madriddə Qayane adında restoran açıblar.
Restoranda xaçapuri və xəngəl də verilir. Ermənilər deyir ki, biz onları gürcü yeməkləri kimi göstərmişik. Gürcülər bizdən o yeməkləri menyüdən çıxarmağı tələb edirlər.
Allikante şəhərindəki erməni icmasının rəhbəri Asmik Koçaryan deyir “gürcülər bizi təhqir etdilər, onlar dedilər ki, “siz ermənilər qaraçı kimi hər şeyi oğurlayırsınız”.Bundan başqa bizi sərt şəkildə hədələdilər və biz də məcbur olub onlardan polisə şikayət etdik”.
Oxunub: 572