Son dörd il ərzində vəziyyətin bu qədər pisləşməsini rəqəmlər açıq göstərir
Son 10 ildə Azərbaycanın neftdən asılı iqtisadiyyatı büdcə gəlirləri və xərclərinə böyük təsir göstərib. Bəs artımlar və kəsintilərin hansı sahələrə daha çox təsiri olub?
BBC Azərbaycanca on ildə büdcənin necə dəyişdiyini qrafiklərlə izah edir.
Büdcə xərclərinin müqayisəsi devalvasiyanın dollar ölçüsü ilə kəskin şəkildə düşdüyünü göstərir. Bu rəqəm hətta 2008-ci ildəki dollar xərcindən də aşağıdır.
Bu geriləmə 2015-ci ildən indiyədək büdcə xərclərinin dollarla 10 il əvvəlki xərclərdən aşağı qaldığını göstərir.
Bu hesablamada dolların dəyərinin təbii (inflyasiya səbəbindən) azalmasının nəzərə alınmadığını qeyd etdiyimiz halda bu fərqin göründüyündən daha da dərin olduğunu anlamaq olur.
Metodologiya
2015-ci ildəki devalvasiya və ondan sonraki dəyişkənlik nəticəsində bu metodologiya dəyişdirilib.
2015-cü il üçün devalvasiyadan sonra ilk gün (2015, fevralın 23-ü) müşahidə olunan məzənnədən istifadə edərək xərcləri dollarla hesablamışıq (1 dollar = 1.4938 manat).
2016-cı ildəki dəyişlənlik səbəbindən biz Mərkəzi Bankın il boyu məzənnənin orta hesablamasından istifadə etmişik (1 dollar = 1.5965 manat).
2017-cü il üçün, biz ilin ilk 48 həftəsində müşahidə olunmuş məzənnənin təxmini ortalamasından istifadə etmişik (1 dollar = 1.727 manat).
2018-ci il üçün isə, bir dolların il boyu 1,7 manat dəyəri olacağını ehtimal etmişik. (BBC)
Oxunub: 164