memmed-ibrahim-1AXCP Rəyasət Heyətinin üzvü, siyasi məhbus Məmməd İbrahim cəzasının 1/2 hissəsini çəkməsi ilə əlaqədar cəzasının yumşaldılması və şərti azadlığa buraxılması ilə bağlı məhkəməyə müraciət edib. Məhkəmənin vaxtı yaxın günlərdə bilinəcək. Bunu qəzetimizə siyasi məhbusun oğlu Turan İbrahim xəbər verib.
Məlum olduğu kimi, bu il “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli prezident sərəncamına əsasən, Cinayət Məcəlləsinə edilən dəyişiklərlə bağlı qanun layihəsi Milli Məclisə təqdim olunub. Tanınmış vəkillərin qənaətinə görə, qanun layihəsi qəbul olunduqdan sonra cəzasının bir hissəsini çəkmiş bir çox tanınmış məhbuslar şərtsiz azad olunmalıdır. Bu siyahıda Məmməd İbrahimin və AXCP sədrinin müavini Seymur Həzinin də adları var.
Oxunub: 160