Azərbaycan Gimnastika Federasiyasının baş katibi Fərid Qayıbov Avropa Gimnastika İttifaqının (UEG) prezidenti seçilib. Bu xəbəri “Trend” agentliyi dekabrın 2-də yayıb. Agentlik xəbərdə xüsusi vurğulayıb ki, F.Qayıbov bu vəzifəyə sloveniyalı rəqibindən çox səs toplayaraq seçilib. Əslində, beynəlxalq təşkilatlarda bu, adi haldır. Heş kim ömürlük deyil, rotasiya yolu ilə dəyişikliklər olur, ya da seçki keçirilib yenisi seçilir. Gimnastika da Azərbaycan elə də populyar sahə deyil. Beynəlxalq yarışlara da əsasən legionerlər hesabına qatılırıq. İndi belə bir federasiyaya hansısa müddətə prezident seçilməyi böyük uğur kimi təqdim etmək, bütün xəbərləri ona bağlamaq anlaşılan deyil. Ucuz təbliğatdır. Bu xəbəri yayan “Trend” agentliyinin dekabrın 2-də və 3-də saytına yerləşdirdiyi xəbərlərin başlıqlarına baxın:
- Avropa Yayım Birliyi UEG-lə əməkdaşlığı davam etdirmək niyyətindədir – idman hüquqları üzrə baş menecer
- UEG-in baş direktoru: Azərbaycan Gimnastika Federasiyası çox peşəkarcasına işləyir
- MOK-un vitse prezidenti: Dünya gimnastikasında Azərbaycanın xüsusi rolu var
- Deputat: Fərid Qayıbovun UEG-in prezidenti seçilməsi Prezident İlham Əliyevin “Azərbaycan idman ölkəsidir” fikrini bir daha təsdiq etdi
- Milli Paralimpiya Komitəsinin vitse-prezidenti: Fərid Qayıbovun UEG prezidenti seçilməsi Mehriban Əliyevanın idman sahəsinə göstərdiyi xüsusi diqqətin nəticəsidir
- Mehriban Əliyevanı təbrik edirəm, çünki bu gün Avropa Gimnastika İttifaqını idarə edə biləcək menecer hazırlayıb – Fərid Qayıbov
- Deputat: Mehriban Əliyevanın gördüyü işlərin nəticəsidir ki, Fərid Qayıbov belə bir uğurlu vəzifəyə seçilib
- Azad Rəhimov: Azərbaycan Gimnastika Federasiyası Mehriban Əliyevanın rəhbərliyi altında böyük inkişaf yolu keçib (ÖZƏL)
- Türkiyə GF prezidenti: Fərid Qayıbovun UEG prezidenti seçilməsi dünya gimnastikasına yeni yeni nəfəs gətirəcək
- UEG-in keçmiş prezidenti: Daha yaxşı yarışların keçirilməsini istərdim
- AGF baş katibi Fərid Qayıbov Avropa Gimnastika İttifaqının prezidenti seçilib (FOTO)
Yəqin Fərid Qayıbovla bağlı xəbərlər, rəylər, yarınmalar hələ bir neçə gün də davam edəcək. Deputatlar yenə növbəyə dayanacaq, elman nəsirovlar bütünü telekanalların qapısını döyəcək, deputat Rauf Əliyevkimilər “maraqlı” açıqlamalarıyla yadda qalacaq: “Fərid QayıbovunUEG prezidenti seçilməsi prezident İlham Əliyevin “Azərbaycan idman ölkəsidir” fikrini bir daha təsdiq etdi”.
Arqumentin qarşısında duruş gətirmək mümkün deyil…
Azadliq.info
Oxunub: 530