Bu gün səhər saatlarında Salyan rayonu Şorsulu kənd sakini, Bəhrəmli Mübariz Novruz oğluna məxsus evdə yanğın baş verib.
Yanğın başlayarkən ev sahibi işdə olub. Belə ki, Salyandakı mal bazarında alverlə məşğul olan M.Bəhrəmli gedəndən sonra həyat yoldaşı tövlədə heyvanlara baxmağa gedib. Az sonra qadın evin tüstülədiyini görüb və qonşuları köməyə çağırıb. Evin arakəsmə və tavanında taxta və quru qamışdan çox istifadə edildiyindən ev sürətlə yanıb.
Yanğın nəticəsində 2 azyaşlı – 2012-ci il təvəllüdlü Bəhrəmli Fatimə və onun bacısı 2013-cü il təvəllüdlü Ceyranxanım yanaraq ölüblər.
Faktla bağlı araşdırma aparılır.
Oxunub: 142