Ukraynanın hüquq-mühafizə orqanları Odessa vilayətinin sabiq qubernatoru, “Yeni qüvvələr hərəkatı”nın rəhbəri Mixeil Saakaşvilini saxlayıblar. Bu barədə Ukraynanın baş prokuroru Yuri Lutsenko özünün “Facebook” səhifəsində yazıb.
Baş prokurorun sözlərinə görə, Saakaşvili müvəqqəti saxlama təcridxanasına yerləşdirilib. Onun barəsində istintaq hərəkətlərinin aparılması və məhkəməyə qətimkan tədbirinin seçilməsi üçün müraciət edilməsi planlaşdırılır.
azadlıq.info
Oxunub: 1324