
Şəki rayonu ərazisində ağır avtomobil qəzası baş verib: 4 nəfər həlak olub, 4 nəfər yaralanıb
Hadisə Xaldan-Balakən avtomobil yolunun Oğuz rayonu istiqamətində olan kəsişmə nöqtəsində qeydə alınıb.
Qəza zamanı iki “Mercedes” markalı avtomobil toqquşub. Qəzaya düşənlərdən ikisi hadisə yerində, daha biri isə Mingəçevir şəhər xəstəxanasında keçinib.
Yaralılardan 3 nəfəri Mingəçevir şəhər xəstəxanasına, digər ikisi isə Şəkiyə aparılıb.
Maşınlardan birində toydan qayıdan hərbçilər olub (report.az).
Oxunub: 402
































