Bütün dünyanın diqqəti bir qədər əvvəl ərəb dünyasının və digər ölkələrin etirazına baxmayaraq ABŞ prezidenti tərəfindən İsrailin paytaxtı kimi tanınan Qüdsə (Yerusəlim) yönəlib.
Qüdsdə yəhudilər, xristianlar və müsəlmanlar üçün müqəddəs yerlər mövcuddur.
Bu nadir şəhərin statusu Ərəb-İsrail münaqişəsinin əsas suallarından biridir.
İsrail artıq çoxdandır ki, Yerusəlimi öz paytaxtı hesab edir. İsrailin hökumət binası, prezidentin və baş nazirin iqamətgahı bu şəhərdə yerləşir.
Lakin bu günə qədər heç bir ölkə şəhəri İsrailin paytaxtı kimi tanımayıb.
ABŞ prezidenti Donald Trump-ın Yerusəlimi İsrailin paytaxtı kimi tanınması və Amerika səfirliyinin bura köçürülməsi barədə qərarı çoxlarının narazılığına səbəb olub. Belə olan halda sual yaranır.
Dünya ölkələri paytaxtlarını necə seçirlər və bu seçim hansı mənanı kəsb edir.
1. Birlik rəmzi və nəzarət aləti
İngilis sözü olan “capital” latın sözü olan capitalis-dən götürülüb və mənası “rəhbər başlar” deməkdir.
Bu əraziyə başçılıq edən şəhərdir. Şəhər rəhbərliklə əlaqəlidir, burada dövlət müəssisələri yerləşir.
Monarxiyalarda isə kral ailələri paytaxtda yaşayır. Paytaxtı qorumaq lazımdır, çünki təlimatlar ordan gəlir.
Paytaxt – birliyin rəmzidir. Ona görə də bir çox paytaxtlar coğrafi cəhətdən ölkənin mərkəzində yerləşir.
Belə olanda paytaxta hər tərəfdən gəlmək daha asan olur, həmçinin şəhərin bu vəziyyəti onlara rəmzi, nümayəndəlik funkiyasını yerinə yetirməyə köməklik edir.
Məsələn, Madrid Pireney yarımadasının tam mərkəzində yerləşir.
Elə bu prinsiplə də Braziliya 1961-ci ildə paytaxtı, çoxlu əhalisi olan liman şəhəri Rio de Janeyro-dan ölkənin mərkəzi hissəsində yerləşən Braziliaya köçürüb.
“İnkişafı Brazilianın mərkəzinə qədər aparmaq lazımdır”. Yeni paytaxtda dövlət müəssisələri binalarının layihəsini verən arxitektor Oscar Niemeyer belə demişdi.
1991-ci ildən Nigeriyanın rəsmən paytaxtı elan edilən Abuca dini münaiqəşələr zamanı parçalanan və böyük ərazilərdə məskunlaşan xalqların birliyini simvolizə etmək üçün ölkənin mərkəzində demək olar ki, “sıfırdan” tikilib.
2. Siyasi güzəşt
Bu gün Washington siyasi ziddiyyətlərlə parçalanır, lakin 1790 -ci ildə şəhərin ABŞ-ın paytaxtı olması barədə qərar siyasi güzəştlərin məhsulu idi.
Alexander Hamilton-un rəhbərliyi altında olan şimal ştatları federal hökumətin borclarının bir hissəsini öz üzərinə götürmək və buna görə də, paytaxtın cənubda olmasını istəyən Thomas Jefferson və James Madisonl-la razılığa gəlmək istəyirdilər.
Mason-Dixon xəttindən cənubda Potomak çayındakı yeri, sonradan Washington-unun tikildiyi ərazini şəxsən George Washington özü seçmişdi. Qalanlar isə tarixdir.
Avstraliyaya gələn bəzi turistlər Sidneyin onun paytaxtı olmadığını öyrənəndə təəccüblənirlər.
Bir qayda olaraq, turistlərə Kanberranın böyük kontingenti olan Sidney şəhəri ilə onun cənubdakı rəqibi Melburn arasında güzəşt variantı kimi seçilən “meşə paytaxtı” olduğu izah edilir. Lakin bəzi tarixçilər bunu belə qəbul etmirlər.
Onların fikrincə, Kanberranın seçilməsinə səbəb Melburn sahillərinin və Sidneyin yayda çox isti olmasıdır.
“O dövrün bütün siyasətçilərinin razılaşdığı əsas arqument ağdərili insanların yalnız nisbətən soyuq iqlimdə inkişaf etmələri idi” – deyə tarixçi David Hedon Australian Geographic jurnalına verdiyi müsahibədə bildirmişdi.
3. Çətin tarixi şərait
Berlin və ya Bonn?
Bu sual 1989-cu ildə Berlin divarı dağıldıqdan sonra yaranmışdı. Birləşmiş Almaniya yenidən paytaxtını seçdi.
Almaniyanın bölündüyü vaxtlarda, soyuq müharibə illərində Bonn Almaniya Demokratik Respublikasının qərb hissəsinin, Berlin isə şərq hissəsinin paytaxtı idi.
Hazırda Berlində gecə klublarında vaxt keçirən və Berlin divarının mənzərəli qalıqları yanında şəkil çəkdirən yalnız çox az turist Almaniyanın paytaxtının hələ dünənədək Bonn olduğunu bilir.
Paytaxtın Berlin olması barədə qərar, 1991-ci ilin iyunun 20-də Bundestaqda 17 səs çoxluğu ilə qəbul edilib.
Berlinin lehinə 387 deputat, Bonnun lehinə isə 320 deputat səs verib.
Almanlar iki şəhərdən birini paytaxt seçdilər, lakin Cənubi Afrika Respublikasında isə bu gün bu rəqəm faktiki olaraq üçdür.
Ölkə rəhbərliyi müxtəlif orqanları müxtəlif şəhərlərdə yerləşdirib. Keyptaun şəhərində qanunvericilik, Pretoriyada inzibati orqanlar, əsas məhkəmələr isə Bulomfonteyndə (yalnız Konstitusiya məhkəməsindən savayı, o Yohanesburqda yerləşir) fəaliyyət göstərir.
Bu postmüsətmləkə dövrlətinin mirasıdır – 1910-cu ildə Cənubi Afrika Birliyi yaradılmışdı. 4 Britaniya müstəmləkəsi birləşdi, amma paytaxt barədə razılığa gələ bilmədilər. 1994-cü ilin sonunda aparteid (irqi ayrı seçkiliyin ən ağır forması) siyasətçilərdə Braziliya və Avstraliyada olduğu kimi yeni paytaxtın yaradılmasına dair hərəkət başlasa da, sonda heç bir şey baş vermədi.
4. Rəhbərlərin ərköyünlüyü
Astana 1997-ci ildən Qazaxıstanın paytaxtı olub.
Bu parlaq futurizm şəhəri 1991-ci ildən Qazaxıstana başçılıq edən avtoritar prezident Nursultan Nazarbayevin ambisiyalarının rəmzidir.
Astananın görməli yerləri arasında Sülh və Razılıq Sarayı, arxitektor Norman Foster tərəfindən layihələndirilmiş 1500 nəfərlik opera zalı olan şüşə və betondan ibarət piramida da var.
Qarlı yamaclarda yerləşən bu şəhərin əvvəlki adı Akmola olub. Akmola “ağ məzar” mənasını verdiyinə görə şəhərin adı Astana adıyla dəyişdirilib.
Coğrafi cəhətdən təcrid edilmiş daha bir paytaxt isə Naypyidadır.
Myanmanın paytaxtını 2005-ci ildə ölkə demokratiya yoluna çıxmazdan çox əvvəl o zamanın avtoritar hərbi rəhbərliyi özü üçün qurmuşdu.
Bu böyük şəhərdə hər şey – geniş yollar, zoopark və qolf klubları var.
Lakin küçələrdə insanlar azdır.
Oxunub: 322