Rusiyanın Mərkəzi Seçki Komissiyası müxalifətçi namizəd Navalnının 2018-ci ilin martında keçiriləcək seçkilərdə iştirakına imkan verməyəcək qərar qəbul etdi.
Mərkəzi Seçki Komissiyası Aleksey Navalnının seçkilərdə iştirakına imkan verməyəcək qərarın qəbulunu onun haqqında Cinayət Məcəlləsinin ağır cinayətə görə məsuliyyət nəzərdə tutan məhkəmə hökmünün olması ilə izah edib.
Navalnı seçkilərə buraxılmamasının başlıca səbəbi haqqında videomüraciətdə deyib:”Mənim seçkilərdə iştirak hüququndan məhrum edilməyim Putinin çox güclü namizəddən qorxmasının göstəricisidir. Başlıca alternativin seçkilərə buraxılmaması o deməkdir ki, bizdə seçki olmayacaq”.
Oxunub: 724