2018-ci ildə Azərbaycan sərmayəçiləri Aktauda yeni transformator zavodunu istifadəyə verməyi planlaşdırırlar. Bunu Azərbaycanın Aktau şəhərindəkibaş konsulluğunun rəhbəri Elxan Zeynalov deyib.
“Gələn il biz burada böyük transformator zavodu açmaq niyyətindəyik. Bu, $50 mln. dəyərində təmiz Azərbaycan sərmayəsidir. Zavod böyükdür, burada minlərlə iş yeri açılacaq”, – diplomat Aktauda Qazaxıstan və Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi və Azərbaycanın Aktau şəhərindəkibaş konsulluğununaçılmasının 10 illiyi münasibətilə tədbirdə çıxışı zamanı bildirib.
Oxunub: 498