«Gilavar» – hava və ekstrim idman klubunun 3 üzvündən xəbər yoxdur.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin məlumatında yazılır.
Məlumatda bildirilir ki, onlar dekabrın 23-də Quba rayonunun Xınalıq kəndindən Tufandağı istiqamətinə yürüşə çıxıblar. Amma geri qayıtmayıblar və onlarla əlaqə kəsilib.
Açıqlamaya görə, bu barədə nazirliyə dekabrın 26-da məlumat daxil olub.
«Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsi axtarışlara başlayıb. Axtarış işləri barədə əlavə məlumat veriləcək», – məlumatda vurğulanır.
Öz növbəsində “Gilavar Hava və Ekstrim İdman Klubu məlumat verir ki, klubun üzvləri Şahyaylaq, Mahmuddərə marşrutu üzrə hərəkət edərkən onlarla əlaqələr kəsilib.
Axtarışlar DSX FHN Ekologiya Nazirliyi və FAİREX üzvlərindən ibarət komanda həyata keçirilir.
Sosial şəbəkədə yayılan məlumatlara görə itkin düşən alpinistlər Hüseynov Babur, Bünyatov Namin, Cəbrayılzadə Fəridədir.
Oxunub: 192