Nardaran hadisələrindən sonra həbs olunub, terrorçuluq, dövlət çevrilişinə cəhd və başqa 10-dan artıq ağır maddələrlə suçlanan daha 12 nəfərin məhkəməsi başa çatıb. Aralarında «Müsəlman Birliyi» Hərəkatının sədr müavini Elçin Qasımov, ilahiyyatçılar Nahid Qəhrəmanov və İsa İbrahimovun da olduğu təqsirləndirilən şəxslərə dekabrın 28-də hökm oxunub.
Bakı Ağır Cinayətlər Məhkəməsində Mayıl Bayramovun sədrlik etdiyi, Samir Əliyev və Rahib Salmanovdan ibarət hakimlər kollegiyasının hökmü ilə 12 nəfərə ümumilikdə il 154 il 6 ay həbs cəzası verilib.
Ayrı-ayrılıqda Elçin Qasımov və Ağaəli Yəhyayevin hər birinə 15 il, Nahid Qəhrəmanova 13 il, İsa İbrahimov, Fərhad Muradov, Elgün Axundov, Vüsal Alış, Seyfəddin Şirvanovun hər birinə 12 il 6 ay, Əli Şahbazov, Seymur Aslanov, Ramil Əliyev və Əmirəli Əliyevə isə 12 il 3 ay həbs cəzası kəsilib.
Təqsirləndirilən şəxslər hökmə dini şüarlarla reaksiya verib.
Vəkillər hökmün əsassız və qanunsuz olduğunu, apellyasiya şikayəti verəcəklərini bildiriblər. (azadliq.org)
Oxunub: 190