AXCP sәdri Әli Kәrimliyә qarşı kibercinayәt törәdilib. Onun sәhifәsinә haker hücumu olub vә sәhifәdә oktyabr ayına qәdәr olan paylaşımlar silinib. Eyni zamanda sәhifәni bәyәnәnlәrin bir qismini bәyәnәnlәr siyahısından siliblәr. Bu barәdә AXCP sәdri sәhifәyә nәzarәti tam bәrpa edәndәn sonra sәhifә üzәrindәn mәlumat paylaşıb. Ә.Kәtimlinin yazdığını tәqdim edirik:
“Təəssüf ki, kibercinayətkarların qəsdi ilə mənim səhifəmdə editorlardan birinin facebook profilini ələ keçirərək bəzi təxribatlar törədə biliblər. Paylaşımların xeyli hissəsini siliblər, səhifəni bəyənən profillərdən də bir neçə minini silə biliblər.
Əlbəttə, siz bu kibercinayətin səbəbini bilirsiz. Mən öz səhifəmdə davamlı olaraq ölkədə baş verən siyasi və digər xarakterli bütün hadisələrə operativ münasibət bildirirəm, hakimiyyətin yarıtmaz siyasətini və antixalq davranışlarını ifşa edirəm, vətəndaşlarımızı məlumatlandırıram. Xüsusilə videomüraciətlərimin nə qədər geniş auditoriyaya yetişdiyini, on minlərlə insanın bu video müraciətləri izlədiyini də yaxşı bilirsiz, onların ictimai rəyə təsirini isə həm də hökumət yaxşı bilir.
Söz azadlığının boğulduğu, müstəqil KİV-lərə çıxışın mümkün ola bildiyi qədər məhdudlaşdırıldığı ərəfədə mənim səhifəm kimi populyar bir qaynağın ictimai əhəmiyyəti olduqca böyükdür. Buna görə də, hökumət öz hakerlərini işə salaraq bu səhifənin, ən azı, editorlarından birinin profilini ələ keçirmək yolu ilə bacardığı qədər təxribat yaratmağa nail olub, təəssüf ki. Amma biz də bu hadisəyə çox operativ yanaşaraq təxribatı önlədik, onun qarşısını aldıq. Hal- hazırda səhifə bizim əlimizdədir, özümüz nəzarət edirik. Bu cür təxribatlar isə bizim fəaliyyətimizə ötəri narahatlıq gətirə bilər, amma onun qarşısını ala bilməz. Biz davam edirik. Mənim facebook səhifəm də, artıq, qeyd etdiyim kimi, tamamilə öz nəzarətim altındadır.”
Azadliq.info
Oxunub: 1052