AXCP sədrinin müavini Fuad Qəhrəmanlı, Müsəlman Birliyi Hərəkatın sədri Taleh Bağırov və daha 16 nəfərin ittiham olunduğu “Nardaran işi” üzrə Ali Məhkəmədə prosesin vaxtı məlum olub. Vəkillərin verdiyi kassasiya şikayətinə fevralın 22-də baxılacaq. Proses Ali Məhkəmənin Cinayət Kollegiyasının sədri Şahin Yusifovun sədrliyi ilə keçiriləcək.
Bu barədə azadlıq.info-ya vəkil Fəxrəddin Mehdiyev məlumat verib.
Oxunub: 176