Bu barədə “Baku.ws”ə “North West” şirkətinin işdən qovulan işçiləri məlumat veriblər.
Onların sözlərinə görə, şirkət rəhbərliyi son bir ayın maaşını da verməyib.
“Bizi heç bir xəbərdarlıq edilmədən işdən çıxarıblar. Sayımız 90-dan çoxdur. Səbəb kimi deyirlər ki, şirkətdə böhran yaşanır. Bunu başa düşdük, amma əvvəlcədən deyərdilər ki, işdən çıxarılacağıq, biz də işimizi bilərdik. Bir günün içərisində hamımızı işdən qovdular. Təzminat tələb edirik”, – deyə şikayətçilər bildirib.
Narazı işçilərin sözlərinə görə, işdən çıxarılmaları ilə yanaşı müxtəlif hədə-qorxu gəliblər və çalışanları təhqir ediblər.
“Bizimlə əmək müqaviləsi də imzalanmayıb. Qanundan yayınıblar”, – deyə “North West” şirkətindən çıxarılan Kənan Əmrahlı bildirib.
90-dan çox işçi etiraz əlaməti olaraq Aeroport yolunu bağlayacaqlarını söyləyib.
Oxunub: 506