Amazon şirkəti bazar ertəsi günü kassir və kassanın olmadığı ilk ərzaq mağasını açır. Bir ildən artıq müddət ərzində aparılmış bu təcrübə ənənəvi pəraləndə satış ticarətini köklü şəkildə dəyişə bilər.
Sietl şəhərində Amazon Go adlı mağazada kameralar və sensorlar quraşdırılıb. Onlar vasitəsilə müştərilərin piştaxtadan götürdüyü və yenidən pixtaxtaya qaytardığı mallar qeydə alınacaq. Bu yolla kassalara ehtiyac olmur və onların qarşısında növbələr yaranmır. Müştərilər isə mağazadan götürdükləri mallara görə pulu avtomatik şəkildə bank kartları vasitəsilə ödəyəcək.
Pərakəndə satış ticarətçiləri üçün mağazanın açılışı dünyanın ən böyük onlayn satış şirkəti sayəsində onların mövqeyinin zəifləməsi demək ola bilər. Amazon keçən il yüksək keyfiyyətli məhsullar satan Whole Foods Market mağazalar şəbəkəsini 13.7 milyard dollara alıb. Uzun növbələr alıcıları qorxudur və buna görə də onlara son qoymaq üçün yol tapan şirkət bazarda üstünlüyə malik olacaq.
Amazon şirkəti hələlik başqa şəhərlərdə də eyni avtomat mağazalar açmaq niyyətində olub-olmadığını bildirməyib. Şirkət həmçinin kassaların olmadığı yeni texnologiyadan Whole Foods Market kimi böyük mağazalarda istifadə etməyəcəyini bildirib.
Test rejimində işləyən Amazon Go ilk mağazası 2016-cı il dekabrın 5-də açılıb. O zaman şirkət mağazanın 2017-ci ilin əvvəlində adi rejimdə işləməyə başlamaasını planlaşdırmışdı.
Lakin sonradan məlumatlı mənbənin bildirdiyinə görə bir sıra problemlər yaranıb. Alıcılar və onların seçdiyi malların düzgün identifikasiya edilməsi həmişə mümkün olmayıb. Test dövrü mağazaya uşaqlar gələndə onlar malların yerlərini dəyişir, bununla dəyişiklik yaradırdı.
Amazon şirkətinin vitse-prezidenti Coanna Puerini bildirib ki, dörd il sürən hazırlıqdan sonra test dövründə mağaza çox yaxşı işləyib.
“Belə texnologiya sadəcə, yox idi. Bu, komputer görmə sənəti və maşın təlimi sahəsində yeni bir nailiyyətdir”, Puerini Sietl şəhərindəki mağazada gəzişərək bildirib.
167 kvadrat metr sahəni əhatə edən mağaza Amazon şirkətinin ofisinin olduğu binada yerləşir. Müştərilər mağazaya daxil olanda Amazon Go smartfon applikasiyasını skanerdən keçirməli və özləri isə turniketdən keçməlidirlər.
Mağazada hazır yermək məhsulları, eləcə də ət və başqa ərzaq məhsulları satılır. Şərab və pivə bölməsində isə Amazon şirkətinin işçisi müştərilərin şəxsiyyət vəsiqəsini yoxlayır. Yuxarıda yerləşdirilmiş kameralar müşahidə aparır, rəflərdə yerləşdirilmiş çəki sensorları isə müştərilərin hansı məhsulları götürdüyünü qeyd edir. (amerikaninsesi.org)
Oxunub: 350