Onların ölkədən getmək hüququ məhdudlaşdırılıb
Ötən il 14 mindən artıq borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılıb, 3.410 nəfərin məhdudiyyəti isə məhkəmə qərarını icra etdiklərinə görə götürülüb.
Bu barədə Ədliyyə Nazirliyində 2017-ci ildə məhkəmə və digər orqanların qərarlarının icrası sahəsində görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş müşavirədə deyilib(trend).
Borcluların ölkədən çıxışıyla bağlı məhdudlaşdırmanın olub-olmaması barədə vətəndaşlara elektron xidmət göstərilir. Ötən il bu xidmətdən istifadənin sayı 66 faiz artaraq 1.3 milyona yaxın olub.
Oxunub: 88