Diabet və qanda şəkərin səviyyəsinin yüksək olması davamlı koqnetiv pozuntularla bağlıdır. Belə bir nəticəyə Çin və Böyük Britaniya alimləri gəlib. Araşdırmanın nəticələri Diabetologia jurnalında dərc edilib.
Alimlər hesab edir ki, qanda şəkərin səviyyəsinə nəzarət beynin fəaliyyətinin pisləşməsinin qarşısını ala bilər.
Elmi araşdırma zamanı son on ildə qanda şəkərin orta miqdarını əks etdirən heboqlobinlə (HbA1c) koqnetiv pozuntu arasında əlaqə təhlil edilib.
Məlum olub ki, HbA1c səviyyəsi yüksək olduqca koqnetiv imkanlar bir o qədər aşağı düşür.
Bu zaman alimlər xolestirinin səviyyəsini, bədənin çəkisini, psixoloji vəziyyəti, alkoqol və nikotin asılılığını, təhsilin səviyyəsini, xroniki xəstəlikləri və ailə vəziyyətini nəzərə alıb.
Araşdırmaların nəticəsi göstərib ki, şəkərli diabetdən əziyyət çəkən adamların koqnetiv funksiyasının sürətlə aşağı düşməsi müşahidə edilir.
Alına nəticələt HbA1c ilə koqnetiv pozuntu arasında birbaşa əlaqəni göstərir.
azadlıq.info
Oxunub: 990